Sabah Bakıya qar yağacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Axşam isə şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla yağması ehtimalı var. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək, gündüz mülayimləşəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Showxeber.az-a daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə və gündüz 4-7 dərəcə isti təşkil edəcək.
Atmosfer  təzyiqi 768 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 faiz olacaq. 

Azərbaycanın rayonlarında noyabrın 30-da bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 5-7, gündüz  8-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-5 dərəcə isti  təşkil edəcək.  
 /  29-11-2018, 14:21  /  Baxış: 127