Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür » Showxeber.az


Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.
 
Showxəbər.az xəbər verir ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında 8 martın dünya qadınlar günü kimi qeyd olunmasına nail olub. 1977-ci ildə BMT bu günü qadınlar günü kimi qeyd olunmasına rəsmi qərar verib.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, daha sonra 1913-cü ildə Rusiyada bu gün qeyd olunmağa başlayıb.

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

Bayram Azərbaycanda da qeyd olunur. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 8 Mart - Beynəlxalq Qadınlar Günü hazırda ölkəmizdə qeyri-iş günü hesab olunur.

Azərbaycan 1995-ci ildə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Dünyanın bir çox ölkələrində bu gün əməkçi qadınların günü kimi qeyd edilir.
 
Showxəbər.Az kollektivi adından bayram münasibəti ilə saytımızın xanım əməkdaşlarını və bütün Azərbaycan qadınlarını təbrik edirik!
   8-03-2019, 11:20  /