Azərbaycanda yeni 7 ulduzlu otel tikiləcək » Showxeber.az


Azərbaycanda yeni 7 ulduzlu otel tikiləcək

Showxəbər.Az xəbər verir ki, Azərbaycanda yeni gəmi formasında olan otel kompleksi tikiləcək.

Son günlər sosial şəbəkələrdə otel kompleksinin fotosu yayımlanıb və şəbəkə izləyiciləri tərəfindən bu maraqla qarşılanıb.

Showxəbər.Az olaraq kompleksin layihəsinin müəllifi olan F&ART Archouse arxitektura və dizayn şirkəti ilə əlaqə saxladıq.

Şirkətin nümayəndəsi Şahin Musayev bizə bu kompleksin layihəsinin yaxın zamanlarda satışa çıxarılacağını bildirdi.

Şirkət nümayəndəsi onuda qeyd etdi ki, bu layihə Abşeron ərazisində və ya Nabran ərazisində tikilə bilər.

Xatırladaq ki, layihənin memarı bir çox dövlət qurumlarının memar dizayneri Xədicə Musayevadır.  





   4-04-2019, 12:53  /