Bakı Bulvarında bayram konserti keçiriləcəkdir.

Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümü ilə əlaqədar dekabrın 29-da konsert proqramı olacaq.

Showxeber.az Axsam.az-a istinadən xəbər verir ki,  bu barədə məlumatı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı yayıb. O bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində start veriləcək layihə çərçivəsində ilk konsert dekabrın 29-da Kukla teatrının arxasında yerləşən meydanda keçiriləcək. 
“Yeni il gəlir” adlı bayram tədbirinə saat 12-də Uşaq Musiqi Kollektivlərinin iştirakı ilə baş tutacaq konsertlə start veriləcək. Saat 18-də isə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.
 /  27-12-2018, 14:15  /