Könül Xasıyeva yenidən konsert verəcək » Showxeber.az


Könül Xasıyeva yenidən konsert verəcək

Xalq artisti Könül Xasıyeva növbəti dəfə konsert proqramı ilə tamaşaçılarının qarşısına çıxacaq. 

Showxəbər.az xəbər verir ki, muğam ustadı mart ayının 17-də Heydər Əliyev Sarayında konsert verməyi planlaşdırır. 

O, ötən il yubiley konsertindəki açıqlamasında bir daha konsert verməyəcəyini demişdi. Xasıyeva böyük səhnələrlə vidalaşdığını, səhhəti imkan versə, yalnızca verilişlərə çıxacağını demişdi.  

Xatırladaq ki, Xalq artisti uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.
   30-01-2019, 12:41  /