“Uşaqlar üçün xeyriyyə konserti keçirildi” » Showxeber.az


“Uşaqlar üçün xeyriyyə konserti keçirildi”

Bakı şəhəri, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarələri 1 Saylı Uşaq Evində xeyriyyə konserti keçirilib.

Showxəbər.Az xəbər verir ki, tədbir Bakı şəhəri, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarələri, 1 Saylı Uşaq evində baş tutub. Tədbirin təşkilatçısı “RİAD” mühafizə xidmətinin rəisi, Etibar Ağahüseyn oğlu Qasımovdur. Tədbirə təşkilati dəstək isə “Beynəlxalq Mühafizə Xidməti”-nin direktoru Əliyev Fuad Aydın oğlu tərəfindən oldu.

Xeyriyyə konsertində bir sıra ictimai xadimlər, internet saytlarının rəhbərləri və müğənnilər iştirak ediblər. Sənətçilər mahnılarını səsləndirərək uşaqlarla birgə rəqs ediblər. Bundan başqa, kloun və cizgi filmi qəhrəmanlarının iştirakı ilə uşaqlar üçün əyləncəli oyunlar keçirilib. Tədbirin fəxri qonaqları sırasında xeyriyyəçi və aparıcı Hacı Nuran da olub. 

Tədbirin keçirilməsində Uşaq məktəbinin direktoru Nərminə xanıma və Bakı şəhəri, Təhsil İdarəsinin metodist-kuratoru Günay Qurbanovaya təşəkkür edilib.

Fotolar: Sübhan İsmayılov



   11-02-2019, 11:17  /