“Amma... Mən darıxıram...” » Showxeber.az


“Amma... Mən darıxıram...”

Xalq artisti Mehriban Zəki şəxsi hesabında 1995-ci ilə aid foto paylaşıb.
Axşam.az xəbər verir ki, o, “Balaca Şahzadə” əsəri ilə bağlı bölüşdüyü fotoya bu sözləri yazıb:
“Təskinlik verməyi unutmayın... Yox, mənə yox, tamaşanın adı belə idi...
Ötən əsrin 23 dekabr 1995 günü “YUĞ” teatrinda “Təskinlik verməyi unutmayın” adlı tamaşanın premyerası idi - Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında. Tamaşa aktyorlar arasında püşk atma sistemi ilə oynanılırdı. Həmin gün bəxtimə şahzadə düşdü. 
Həmin gün tamaşa ilk və son dəfə oldu. O tamaşa yaddaşıma dərin həkk olundu. Amma... Mən darıxıram...”.

   30-07-2019, 11:30  /