Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub » Showxeber.az


Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edib.

Filarmoniyadan bildirilib ki, Mustafa Mehmandarovun dirijorluğu ilə orkestr Qərbi Avropa bəstəkarlarının əsərlərinə müraciət edib.
Konsert çərçivəsində orkestrin solistləri də çıxış edib. Qeyd edək ki, Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri mütəmadi olaraq konsert proqramı ilə çıxış edir.

   15-07-2019, 14:45  /