İlqar Kərimli: Hər münasib qiymətə olan tur keyfiyyətli tur demək deyil

  Havalar soyuduqca qış turizmi start götürməyə yaxınlaşır. Belə olan halda qış turizm kompleksələrinin hazırlıqları və infrastrukturları ilə bağlı əhalidə  maraq çoxalır. Bu il qış turizm komplekslərində yeniliklərin olacağı gözlənilir. Bu haqda Showxeber.az-a məlumat verən  İn Travel turizm şirkətinin direktoru  İlqar Kərimli məlumat verib. Onun sözlərinə görə qış turizm komplekslərindən ən çox tələb olunan və infrasturuktur baxımından maraq doğuran məkanlar  Şahdağ kompleksi və Tufandağ kompleksləridir. Bu komplekslər daima müştərilərinə yüksək səviyyədə xidmət göstərirlər. Ölkəyə gələn əcnəbi turistlər məhz  bu komplekslərdə istirahət etmək üçün qış  fəslində  Azərbaycanı tərcih edirlər.  İlqar Kərimlinin sözlərinə görə bu il turizm sahəsində daha da çox yeniliklərin olacağı gözlənilir. O bunu ölkənizin turizm təcrübəsinin artması və dövlətin bu sahəyə olan dəstəyi nəticəsində reallaşacağını bildirib.  

  Yerli əhali üçün isə İn Travel tərəfindən  maraqlı daxili turlar hazırlanır.  O turlar ki, ölkə vətəndaşları nın hər  birinin büdcəsinə münasib olsun. Lakin hər münasib qiymətə  olan tur keyfiyyətli tur demək deyil. Ilqar Kərimli vətəndaşları  daxili tura gedərkən qiymətə aldanmamaları üçün turu təklif edən şirkət haqda ətraflı məlumat əldə etməyin vacib şərt olduğunu bildirib. Belə olan halda sizin istirahətiniz rahat və əyləncəli keçəcək.  

  Showxeber.az olaraq sizlərə gedəcəyiniz hər yerdə xoş istirahlər arzu edirik!



 /  6-11-2018, 16:03  /  Baxış: 1 147