17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

Müalicəyə pul tapmadı, arvadı evdən qovdu, parklarda gecələdi - Aktyorumuzun dəhşətli həyatı

12.04.2021 - 800 - Mədəniyyət

SHOWXEBER.AZ  kulis.az-a istinadən aktyor Fikrət Məmmədov haqqında maraqlı faktları təqdim edir.
 
Fikrət Əli oğlu Məmmədov 1 yanvar 1956-cı ildə anadan olub. Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu olub. Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir.
 
Fikrət Məmmədovu kinostudiyada hər zaman "Fiko" deyə çağırıblar. O, "Axırıncı reys", "Bağlı qapı", "Bayquş gələndə", "Cin mikrorayonda", "Çarə", "Doğma sahillər", "Əlaqə", "Fəryad", "Fırıldaqçı", "Gözbağlıcı", "Gümüşgöl əfsanəsi", "Güzgü", "Hədiyyə", "İbrət dərsi" və başqa filmlərdə müxtəlif obrazlar canlandırıb. Aktyor "Fəryad" filmindəki Aşot obrazı ilə yaddaşlarda iz qoyub.
 
2014-cü ildə aktyorun ölüm xəbəri yayılır. Araşdırmalar zamanı məlum olur ki, o, "bomj" həyatı yaşayır. Verilişlərin birinə qonaq kimi dəvət olunan aktyor deyir: "Həyat yoldaşım məni evə buraxmır. Ev mənim adıma olsa da 15 ildir ki, küçələrdəyəm. Hər ikimizin günahı var. Evsiz olduğumdan köhnə evimizin yanında yerləşən parkda qalıram. İndi skamyada yatıram. Qonşular yemək verir. Qəzaya düşmüşəm. Çənəmi sındırmışam. Hər şey cəhənnəm, dişlərimi itirmişəm. Səhnəyə çıxmağa utanıram."
 
2018-ci ildə Fikrət Məmmədovun səhhətində ciddi problem yaranır. Hepatit virusuna yoluxan aktyor bir müddət 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") müalicə olunur. Ancaq maddi durumu imkan vermədiyindən lazımi dərmanları ala bilmir və xəstəxanadan çıxmalı olur.
 
Aktyor son olaraq "Ol" teatrında tələbələri ilə birgə çalışmağa başlayıb. Lakin arzuladığı dəstəyi görmədiyindən fəaliyyətini dayandırmağa məcbur olur.
 
Fikrət Məmmədov "Ata ocağı", "Əks təsirlər" kimi seriallarda rol alsa da, sonradan bu dəvətlərin arası kəsilir. Qazancı kirayə puluna çatmadığı üçün aktyor bir ay paytaxtda fəaliyyət göstərən kompüter klublarından birində gecələməli olub.
 
Bronxial astma xəstəliyindən də əziyyət çəkən aktyor ötən gün 65 yaşında ömrünün son illərini yaşadığı Bilgəhdə yerləşən "Qocalar evi"ndə vəfat edib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti