12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

"Kurtlar vadi"sinin aktyoru Azərbaycanda - FOTO

17.04.2021 - 740 - Mədəniyyət

17 Aprel 2021-ci il tarixində, saat 12:00-da "World Business Center"də Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə (MTST) Türkiyənin "Eslem Yapım" Şirkəti arasında qardaş Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin yetişdirilməsi məqsədilə "Sənət Akademiyası"- nın Niyyət Protokolunun imzalanma mərasimi keçirilib.
 
Əvvəlcə qeyd etmək istəyirik ki, 44 günlük Qarabağ Vətən Müharibəsindən sonra Azərbaycan Respublikası prezidenti Cənab İlham Əliyev və Türkiyə Respublikası prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın uğurlu çalışmalarının nəticəsi olaraq, iki ölkə arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsi bir çox sahələrdə işgüzar təmasları və birgə fəaliyyəti sürətləndirib.
 
SHOWXEBER.AZ xəbər verir ki, bu kimi fəaliyyətlərin bir nümunəsi də 2021- ci il Mart ayının 1-də Ankarada Azərbaycan Respublikasnın Mədəniyyət naziri Anar Kərimov ilə qardaş Türkiyənin Mədəniyyət və Turizm naziri Nuri Ersoy arasında imzalanan Mədəniyyət üzrə birgə əməkdaşlıq protokoludur.
 
İki qardaş dövlət arasında aparılan sürətli işgüzar əlaqələrdə öz töhfəsini vermək üçün Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi təşəbbüs irəli sürüb, Azərbaycanda müxtəlif sənət sahələrində, o cümlədən kino və serial sahəsində bu günə qədər müəyyən irəlləyişlərlə yanaşı, bəzi çatışmazlıqların da olduğunu düşünərək, Türkiyənin son illər sənətin bir çox sahəsində yüksək inkişaf yolu keçdiyini əsas götürüb, birgə əməkdaşlıq haqqında layihə hazırlığına start verib.
 
Türkiyənin məşhur sənət adamlarının, eyni zamanda kinoaktyorlarının səhnə təcrübəsini Azərbaycanın kino sahəsinə maraqlı olan gəncləri ilə bölüşmək üçün qardaş ölkənin dünyaca məşhur serialı olan "Kurtlar Vadisi Pusu"nun baş rol aktyoru Erhan Ufak və ona aid olan "Eslem yapım" şirkətinin heyəti 2021-ci il 16-21 aprel tarixlərində Bakıya işgüzar səfərə dəvət olunub.
İctimai Birlik hazırda "Sənət Akademiyası" adlı mədəniyyət layihəsinin həyata keçirilməsi üçün bütün gücüylə çalışır.
 
Bu gün təşkil edilən imza mərasimi layihənin təməli deməkdir.
 
Layihənin mahiyyəti haqqında qısa da olsa məlumat vermək istəyirik:
 
"Sənət Akademiyası" adlı layihədə iştirak etmək üçün 18-65 yaş arasında olan istənilən Azərbaycan vətəndaşı müraciət edə bilər.
 
Türkiyənin məşhur kino ulduzları və sənət adamları müxtəlif sahələr üzrə Azərbaycanda 3 aylıq təlim keçəcəklər. Təlimlər həftədə 2 dəfə 50 dəqiqə olmaqla ayda 8 dəfə keçiriləcək. 3 aydan sonra isə təlimlərdə iştiraka görə hər bir tələbəyə sertifikat təqdim ediləcək.
 
Ən yaxşı göstərici ilə məzun olan tələbələr sertifikatdan əlavə məşhur türk aktyorların Azərbaycanda çəkəcəyi qısametrajlı filmlərdə birgə rol alacaqlar.
 
Nəzərinizə çatdıraq ki, imza mərasimindən sonra qonaqlar Şəhidlər Xiyabanı, Ulu Öndər Heydər Əliyevin məzarı və bir çox mədəni, tarixi məkanları ziyarət ediblər./Sonxeber.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti