12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

Koronavirusun qurbanı olan sənətkarlar... - VİDEO

27.04.2021 - 462 - Maqazin

2019-cu ildə Çində peyda olan və bütün dünyada sürətlə yayılmağa başlayan koronavirus (COVID-19) təhlükəsi bu günədək davam edir. 

SHOWXEBER.AZ  xəbər verir ki, virusdan dünyada 3 milyon 134  min 303 nəfər, Azərbaycanda 4 min 429 nəfər həyatını itirib. 


Ölkəmizdə ilk dəfə ötən ilin fevralında qeydə alınan "COVID-19”dan dünyasını dəyişənlər arasında mədəniyyət üzvləri, incəsənət xadimləri, yazar da var. 
 
Belə ki, 1939-cu il təvllüdlü Xalq artisti Teymur Mustafayev virusdan həyatını itirən ilk mədəniyyət üzvlərindən biridir. Məşhur xanəndə ötən ilin iyun ayında virusun qurbanı olub. 


AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev də "COVID-19”a yoluxanlar məşhurlardandır.  O, 2020-ci ilin iyul ayında koronavirusla mübarizədə məğlum olaraq vəfat edib. 


Ötən ilin sonunda Xalq artisti Sabir Əliyev virusa yoluxaraq xəstəxanaya aparılmış, reanimasiyaya yerləşdirilmişdi. 72 yaşlı muğam ustadı qısa müddət sonra "COVID-19”dan həyatını itirmişdi. 


2021-ci ildə mədəniyyət sahəsində koronavirusdan dünyasını dəyişən ilk şəxs Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov olub.  1939-cu il təvəllüdlü Əkbərov virusun qurbanı olub. 


"COVID-19”la mübarizədə məğlub olan digər tanınmış şəxs yazıçı Azər Abdulla (Əhmədbəyli) olub.  


Aprelin 5-də Xalq artisti Rafiq Hüseynov da (Rəmiş) koronavirusdan dünyasını dəyişib.  Ciyərlərində problem yaranan və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilən Rəmiş virusa yoluxduqdan sonra vəziyyəti ağırlaşmış, həyatını itirmişdi. 


Bu ayın əvvəlində daha bir mədəniyyət üzvü koronavirusa məğlub olub.  Belə ki, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev 73 yaşında virusdan həyatını itirib. 


Bir neçə gün bundan əvvəl Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev də "COVID-19”dan həyatını itirib.  


Dünən isə Əməkdar artist Baloğlan Əşrəfov koronavirusdan dünyasını dəyişib. Xəstəliyi ağır şəkildə keçirən və 20 günə yaxındır xəstəxanada müalicə alan sənətçi 69 yaşında həyatını itirib. /qafqazinfo.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti