2.05.2021 - 480 - Maqazin
Türkiyəli müğənni İbrahim Tatlısəs 69 yaşında 5-ci dəfə ailə həyatı qurub.
SHOWXEBER.AZ xəbər verir ki, sənətçi bu barədə aparıcısı olduğu “İbo Show” proqramında məlumat verib.
İ.Tatlıses verilişdə qonağı Ebru Yaşarın "Nikah bağlamısan" sözlərinə belə açıqlama gətirib:
"Xoşbəxtəm, Gülçin mənə çox yaxşı baxır.
Bu saatdan sonra heç kimə izahat verməyəcəyəm".
Qeyd edək ki, Gülçin Karakaya sənətçidən 43 yaş kiçikdir.