Lerikdə üç uşaq anasını öldürən kəndin mollası imiş...

Lerikdə üç uşaq anasını öldürən kəndin mollası imiş...

Sosial 03-may, 00:30 84
Aprelin 28-də axşam saatlarında Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində üzərində xəsarət izləri olan meyiti tapılıb.

SHOWXEBER.AZ  xəbər verir ki, kənd sakinlərinin modern.az-a verdiyi məlumata görə, qətli törədən şəxsin kimliyi məlum olub.

Belə ki, dəhşətli cinayəti həmin kənddə yaşayan və mərhum Z. Fərziyevanın qonşusu, Lerikin tanınmış din xadimlərindən biri Murad Əsgərov adlı şəxs törədib.

Məlumatda bildirilib ki, molla Murad Əsgərov qonşuluqda yaşayan Z.Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə mənzilə girib və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. 3 uşaq anası olan Z.Fərziyeva qışqırmağa başlayıb və "evə oğru girib" deyərək qonşularını köməyə çağırıb. Qadının qışqırdığını görən M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsərək, onu amansızlıqla qətlə yetirib. 

Kənd sakinləri bildirib ki, M.Əsgərov ötən gün polis tərəfindən saxlanılıb.

Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən Z.Fərziyevanın yoldaşı Rusiyaya işləməyə gedib, bir oğlu isə Vətən Müharibəsinin iştirakçısıdır və hazırda Şuşada hərbi xidmətddədir.
Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı   |     Polşada mayın 15-dən açıq havada maska taxmaq LƏĞV EDİLDİR   |     15 yaşlı Əli Şabanovun ölümü ilə bağlı cinayət işi başlanıldı   |     İntihar edən abituriyentin müəllimi: "63 bal toplayıb, çox az idi bu onun üçün"   |     Baba Vəziroğlu koronavirusa yoluxub   |     Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı 33 yaşında vəfat etdi   |     Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər AÇILIR   |     7 aydır axtarışda olan hərbçimizin ŞƏHİD XƏBƏRİ GƏLDİ   |     Bakıda küçəyə Polad Həşimovun adı verildi   |     Musa Yaqub vəsiyyət etdiyi yerdə dəfn olunacaq   |     Daha 722 nəfər koronavirusa yoluxdu - 1854 nəfər sağaldı   |     SON DƏQİQƏ! Musa Yaqub vəfat etdi   |     "Siz niyə maska taxmırsınız?" - Aytən Səfərova TƏBİB-i tənqid etdi   |     Məşhur meyxanaçılar həbs edilə bilərlər - DİN-dən AÇIQLAMA / VİDEO   |     Azərbaycanda az bal toplayan abituriyent özünü asdı   |     Hərbi Prokurorluq nəşi tapılan hərbçimizlə bağlı MƏLUMAT YAYDI   |     İcra başçısının imarətində asılmış meyit AŞKARLANDI   |     "Atam dünən komaya düşdü, orqanları dözmədi" - Arif Quliyevin qızı   |     Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu   |     Xalq artisti Arif Quliyev Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq   |    

Son xəbərlər