"Səninlə böləsi kişim yoxdur, sus" - Rozadan Elzaya

"Səninlə böləsi kişim yoxdur, sus" - Rozadan Elzaya

Maqazin 03-may, 15:17 37
Əməkdar artist Elza Seyidcahanla müğənni Roza Zərgərli arasında qalmaqal daha da böyüyüb.

Axşam.az xəbər verir ki, E.Seyidcahanın tənqidlərindən sonra Zərgərli "ATV maqazin onlarla"ya açıqlamasında ifaçını hədələyib.

 Müğənninin Rozanın əməliyyatlarına söz atması onu özündən çıxarıb:

"Sənə haqq vermişəm haramısa müzakirə edəsən? Sənin əlində sübutun var ki, plastik əməliyyat etdirib, haramısa dartdırmışam? Səni məhkəməyə verəcəm. Haramdasa plastik əməliyyatla ortaya gələn nəyisə sübut et, borcun olan 5 mini keçəcəm, üstündə də 10 min verəcəm. Hansı yaradıcılıqdan danışırsan? Yerindən duran da oxuyub, bəstəkar olur".

Sənətçi E.Seyidcahanın onun "Sibir çiçəyi" kitabını "Zibil çiçəyi" adlandırmasına isə belə reaksiya verib:

"Bir əsərə "Zibil çiçəyi" deyən Əməkdar artistin ağzını öz qələmi ilə tikmək lazımdır. "Sibir çiçəyi"nin təqdimatına gəlməsəydin heç nə itirməyəcəkdim. Orada Xalq artistləri, dəyərli insanlar var idi. Məni gözün götürmürsə bil, sənin üçün İlhamə Quliyeva deyiləm. Səninlə böləsi kişim yoxdur. Elə etmə açıb danışım. Məhkəməyə gedib, təzminat ödəmək istəmirsənsə, sus".

Qeyd edək ki, müğənnilər arasında qalmaqalın ikinci dəfə alovlanmasına səbəb Rozanın Elzanın ona 5 min manat borcu olmasını açıqlaması olub.

 E.Seyidcahan qarşı tərəfin ünvanına "Bütün günü cərrahdadırlar. O qədər üzlərini dartdırıblar ki, ağıllarıda dartılıb" sözlərini söyləyib.
Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı   |     Polşada mayın 15-dən açıq havada maska taxmaq LƏĞV EDİLDİR   |     15 yaşlı Əli Şabanovun ölümü ilə bağlı cinayət işi başlanıldı   |     İntihar edən abituriyentin müəllimi: "63 bal toplayıb, çox az idi bu onun üçün"   |     Baba Vəziroğlu koronavirusa yoluxub   |     Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı 33 yaşında vəfat etdi   |     Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər AÇILIR   |     7 aydır axtarışda olan hərbçimizin ŞƏHİD XƏBƏRİ GƏLDİ   |     Bakıda küçəyə Polad Həşimovun adı verildi   |     Musa Yaqub vəsiyyət etdiyi yerdə dəfn olunacaq   |     Daha 722 nəfər koronavirusa yoluxdu - 1854 nəfər sağaldı   |     SON DƏQİQƏ! Musa Yaqub vəfat etdi   |     "Siz niyə maska taxmırsınız?" - Aytən Səfərova TƏBİB-i tənqid etdi   |     Məşhur meyxanaçılar həbs edilə bilərlər - DİN-dən AÇIQLAMA / VİDEO   |     Azərbaycanda az bal toplayan abituriyent özünü asdı   |     Hərbi Prokurorluq nəşi tapılan hərbçimizlə bağlı MƏLUMAT YAYDI   |     İcra başçısının imarətində asılmış meyit AŞKARLANDI   |     "Atam dünən komaya düşdü, orqanları dözmədi" - Arif Quliyevin qızı   |     Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu   |     Xalq artisti Arif Quliyev Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq   |    

Son xəbərlər