17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

"Sual verirlər danışıram, nə edim?" - Fatimədən Rəqsanəyə cavab

3.05.2021 - 500 - Maqazin

Rəqqasə Fatimə Fətəliyeva müğənni Rəqsanə İsmayılovanın onun ünvanına dediklərinə cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi ifaçının ona xəbərdarlığına əsəbləşdiyini gizlətməyib.

"Rəqsanəyə zəng etdim öz dilində dedim ki, bacı, nə edim? Hara gedirəm səndən sual verirlər. Mən də danışıram. Deyim, mənə sual verməyin? Verilişlərə mövzu oldu. Hamıda bundan danışır" deyə, Fatimə bildirib.

Sənətçi İnstaqramda canlı yayımda ona xına məclisləri təşkil etməsi ilə bağlı ünvanlanan suala cavab verib. O, Əməkdar artist Könül Kərimovanın Moskvada xına evi açması məsələsinə "Müğənnilər öz işləri ilə məşğul olsun. Könülün özünə də demişəm. Arxaca danışmıram, üzə deyirəm. Müğənnilərin xına aparmağı düzgün deyil. Yaxşı toy aparırlar. Amma yenə də kim əziyyət çəkirsə, Allah ruzisini versin" sözləri ilə reaksiya verib.

Qeyd edək ki, Rəqsanə Rusiyada işləməyə gedən azərbaycanlı müğənniləri "Toydan sonra evinizə gedin. Gedib kişi məclisində oturmayın" sözləri ilə təhqir etmişdi.

Fatimə isə ona  "Düşünürlər ki, bu aləmdə olan insanları ailəyə dəvət etmək olmaz. Sabah bizi Moskavaya dəvət edəndə "salam" verməyə utanacam. Səbəb isə hamımız haqqında düzgün yolun adamı deyilik düşüncəsi olacaq. Belə demək olmaz. Sözün kimədirsə, hərəkətindən xoşun gəlmirsə, özünə zəng edib de" sözlərini deyib.
Bundan əsəbləsən Rəqsanə qarşı tərəfə xəbərdarlıq edərək "Başa düşmədim, niyə dediyim məsələyə o, aydınlıq gətirdi. Bunun sənə nə aiddiyyatı var? Sənin yolun başqadır. Sən müğənni deyilsən. Rusiyada olan müğənnilərə şamil etmişəm. Ayda bir dəfə Rusiyaya gəlirsən. Fatimə, hara çıxırsız məndən danışırsız. Deyirsən, Rəqsanə özü də dediyinə peşman olub. Niyə peşman olmuşam? Ağzımdan çıxan sözün sahibiyəm, düz də danışmışam. Sən müğənnisən? Rəqqasəsən..."  Susuram cavab vermirəm" sözlərini söyləyib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti