3.05.2021 - 494 - Maqazin
Fevral ayında ikinci dəfə ilə quran aktrisa Burcu Kıratlı ilə müğənni Sinan Akçıl bal ayına gediblər.
Axşam.az xəbər verir ki, müğənni həyat yoldaşına sürpriz edərək Antalyada lüks otellərdən birinin bal ayı villasını kirayələyib.
Akçıl 1 həftəlik tətil üçün 100 min TL (təxminən 20 min 500 manat) ödəyib.
Qeyd edək ki, Sinanla Burcu ilk dəfə 2018-ci ildə Amsterdamda nikah masasına əyləşmişdilər. Doqquz ay sonra isə rəsmi şəkildə boşanmışdılar.