3.05.2021 - 359 - Sosial
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 347 nəfər ölüb.
SHOWXEBER.AZ xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 24 733 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 35 438 nəfər sağalıb, ağır xəstə sayı isə 3 438 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 4 900 121 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 4 515 819 nəfər sağalıb, 41 191 nəfər isə ölüb.