13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

"Embawood" da QALMAQAL: İşçinin barmağı QOPDU, şirkət isə... - FOTOLAR

4.05.2021 - 436 - Sosial

"Embawood" şirkətində qalmaqallı hadisə baş verib.

SHOWXEBER.AZ xəbər verir ki, Bu haqqda Masallı rayon sakini Əliyev Əliəkbər BiG.AZ saytına şikayətində başına gələn hadisəni danışıb. O, bildirib ki, 2003-cü ildə adı çəkilən şirkətdə başına iş zamanı bədbəxt hadisə gəlib:

"2003-cü ildə "Embawood" mebel şirkətinin sexində iş zamanı dəzgahda bir barmağım qopub. Digəri isə ağır zədələnib. Nitq problemim yaranıb. Həmin vaxt mənim 17 yaşım var idi. Məni qeyri-qanuni işlədirdirlər. Başıma bu hadisə gələndən sonra mən xəstəxanaya yerləşdirildim. Şirkət rəhbərliyi məndən şikayət etməməyimi istədi. Mənə bildirildi ki, hər bir təzminat ödəniləcək, yenidən məni əvvəlki işimə qaytaracaqlar.

Amma dedikləri kimi olmadı. Məni elə xəstəxanada qoyub getdilər. Hər dəfə mən öz vəsaitim hesabına həkimə gedib müalicəmi etdirirdim.

 Mənim səhhətimlə şirkətdən heç bir nümayəndə gəlib maraqlanmadı. Bir ildən sonra mən yenidən iş üçün ora müraciət etdim. Məni qaytardılar, amma çox ağır işə götürdülər. Yəni yükdaşıma işini verdilər, fəhlə kimi işlədim. Amma bu iş əlimdəki zədələr səbəbindən mənim üçün çox təhlükəli idi. Amma ailə vəziyyətim pis olduğu üçün məcbur işləyirdim.

2009-cu ildə məni yenidən işdən kənarlaşdırdılar. O gündən sonra o şirkətə gedəndə məni qapıdan içəri buraxmırlar. Heç bir ailə vəziyyətimlə maraqlanan yoxdur. Halbuki mənə "Şikayət etmə, sənin bütün sosial təminatını ödəyəcəyik" deyə söz vermişdilər.
İndi ailə vəziyyətim çox acınacaqlıdır. "Embawood" şirkəti isə məni heç dinləmək də istəmir. Bu hadiəsədən şirkət rəhbəri Elşad Abbasovun da xəbəri var. Amma buna baxmayaraq, mənə heç bir köməklik göstərilmir. Əlilliyim üçün təqaüd düzəltdirmək istədim, məndən üç min manat rüşvət istədilər. Ona isə gücüm çatmadı".

Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti