09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Təhlükəli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: 5 maydan başlayaraq...

4.05.2021 - 403 - Sosial

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir.

Nazirlikdən verilən məlumata görə, Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən mayın 5-i səhər saatlarından Orta Xəzərdə şimal-qərb küləyi 18-23 m/s, arabir 25-28 m/s, gündüz açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dənizdə dalğanın hündürlüyü 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 metrə çatacağı proqnazlaşdırılır.
Havanın dəyişməsi ilə bağlı gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı rəhbər heyət tərəfindən təlimatlandırılacaq. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürüləcək və müvafiq təlimatlar veriləcək. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması da təmin ediləcək.
 
Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz olaraq müşahidə ediləcək.

Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görüləcək


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti