4.05.2021 - 547 - Maqazin
Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov bir neçə saat əvvəl avtomobil qəzasında vəfat edib.
SHOWXEBER.AZ-ın əldə etdiyi məlumata görə, sənətçinin nəşi Gəncəyə aparılır. A.Hüseynov Gəncədə anasının yanında dəfn ediləcək.
Qeyd edək ki, 55 yaşlı müğənninin 2 övladı var idi. Sənətçinin “BMW” markalı maşını ilə Bakı-Qazax yolunun 60-cı kilometrliyində qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub.