4.05.2021 - 342 - Sosial
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 336 nəfər ölüb.
SHOWXEBER.AZ xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 28 997 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 38 218 nəfər sağalıb, ağır xəstə sayı isə 3 452 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 4 929 118 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 4 554 037 nəfər sağalıb, 41 527 nəfər isə ölüb.