18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |     07:39 Elton Hüseynəliyev toy qiymətlərini niyə artırıb?  |     20:36 Zamiq "Oğlum" dedi - VİDEO  |     13:19 Naibə Allahverdiyevanın son durumu: Evə buraxılıb  |     13:17 Alla Puqaçovanın arıqlama sirri başqalarını məhv edir  |     10:35 Yenidən yayıma hazırlaşan “Toylar kralı” yarışmasının münsifləri bəlli oldu  |     10:32 Meryem Üzerli ilə birgecəlik şam yeməyinin qiyməti açıqlandı  |    

Nura daha bir klipini təqdim etdi - VİDEO

6.05.2021 - 522 - Maqazin

Müğənni Nura Suri "Onsuz" adlı yeni klipini təqdim edib.

SHOWXEBER.AZ  xəbər verir ki, sənətçi mahnını afrikalı ifaçı İdd Azizlə duet şəklində səsləndirib. Mahnının sözləri və musiqisi Buzza aiddir. 

"Klipi 21 yaşlı gənc fotoqraf Lamonkeeey ekranlaşdırıb. Çəkilişimiz bir gün davam etdi. Sadə bir kamera ilə, heç bir işıq qurulmadan ərsəyə gətirdik. Klipimizdə heyvanlara, təbiətə, dostlara sevgini aşılamağa çalışdıq", - deyə Nura Suri bildirib.

O, həmçinin sosial media hesabında da yeni işləri və pandemiya ilə bağlı fikirlərini dilə gətirib: "Bu 1 il 2 ay ərzində 3 yeni mahnı yazdırdım, 3 klip çəkdirdim və fotosessiyalar etdim. Bilirsiniz ki, bu müddət ərzində pandemiyadan ən çox zərər çəkən musiqiçilər oldu, amma bir çox sənətçi yeni mahnılar və kliplər təqdim edə bildi. O cümlədən də mən. Sizdən xahişim "Youtube" kanalıma dəstək olun. Abunə olun, kliplərimə şərhlər yazın, bəyənin. Dijital platformalarda albomlarım və yeni mahnılarım da mövcuddur. Yalnız mənə deyil bütün musiqiçi dostlarıma dəstək olmanızı xahiş edirəm. Bizi sizin dəstəyiniz və sevginiz ilhamlandırır".

Qeyd edək ki, klipdə N.Surinin dostları və oğlu David də yer alıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti