14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |    

İntihar edən abituriyentin müəllimi: "63 bal toplayıb, çox az idi bu onun üçün"

7.05.2021 - 618 - Sosial

"Çox ağıllı, tərbiyəli uşaq idi.  Sinfin ən yaxşı uşağı elə Şəfaət sayılırdı. Onun bu hərəkəti bizi elə sarsıtdı ki... Söz tapmıram. Daha başqalarından nə gözləyək?"

SHOWXEBER.AZ  xəbər verir ki, bu gün intihar xəbəri yayılan Şəfaət Məmmədovun müəllimi, Ağdam rayon Orta Qərvənd kənd məktəbinin direktoru Həqiqət Əliyeva lent.az-a açıqlamasında deyir bu sözləri.

Təxminən bir ay öncə aprelin 15-16 da keçirilən buraxılış imtahanlarında iştirak edən 17 yaşlı abituriyent Şəfaət Məmmədov ötən gecə naməlum səbəblərdən özünü tövlədə asıb. Hər kəs onun bu addımı atmasına səbəb kimi imtahanda az bal toplamasını görür.

"63 bal toplayıb. Çox az idi bu onun üçün. Çox savadlı uşaq olub. Axırıncı dəfə onu imtahandan sonra gördüm. Mənə dedi ki, "Müəllim, imtahanı yaxşı vermişəm. Yüksək bal toplayacam".
Şəfaətin ailədə heç bir basqı görmədiyini deyir Həqiqət müəllimə.

"Ailədə iki uşaq idilər. Bacısı Bakı Slavyan Universitetinin tələbəsidir. O qədər tərbiyəli ailədir ki, heç vaxt ona basqı olmayıb. Düşünmürəm ki, imtahanda az bal topladığına görə də ona hər hansı şiddət etsinlər. Öz gözləntisi yüksək idi. Yəqin ki, öz qarşısında xəcalət hissi keçirib o".  

Qeyd edək ki, 17 yaşlı Şəfaət Məmmədov ötən gün axşam saatlarında yaşadığı evin həyətindəki tövlədə özünü asıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti