09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Fitrə zəkatının çıxarılma vaxtı AÇIQLANDI

12.05.2021 - 522 - Sosial

"Bayram axşamı ayın çıxdığı məlum olan kimi - axşam azanından (bu gün – ölkə.az) sonra fitrə zəkatı ayrılır və yaxşı olar ki, bayram günü saat 8.00 – 9.00-a qədər çatdırılsın. İmkan olmazsa, günorta namazına qədər, o da olmazsa, axşama qədər fitrə zəkatı çıxarılmalıdır”. 

SHOWXEBER.AZ-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi nümayəndəsi, "Məşədi Dadaş” məscdinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.


Din xadimi bildirib ki, fitrə zəkatı nə qədər tez çıxarılarsa, bir o qədər yaxşıdır: "Çünki bu, bayram süfrəsi üçündür. Ona görə də, aztəminatlı ailələrə vaxtında çatdırılsa yaxşı olar”. 


İlahiyyatçı fitrə zəkatının məbləğinin nə qədər olduğunu da açıqlayıb:


"Şəriətimizə əsasən, 3 kq arpa, buğda, un, düyü, kişmiş, xurma – bu ərzaqlar və ya adıçəkilən ərzaqlar dəyərində pul vəsaiti - təxminən 5-10 manat hər ailə üzvünün adından çıxarılmalıdır”.


Ş.Həsənli həmçinin vurğulayıb ki, məbləğ müəyyən olunubsa, ondan artıq vermək olmaz deyə bir hökm yoxdur: "Ümumiyyətlə, imkanlı insanlar öz ətrafında olan yoxsul və ehtiyaclı insanlara bacardıqları qədər çox fitrə zəkatı ödəməlidirlər. Yəni məbləğ müəyyən olunubsa, ondan artıq vermək olmaz deyə bir hökm yoxdur. Bu həm də Ramazan ayının fəlsəfəsi ilə əlaqədar məsələdir. Bu ayda oruc tutarkən insan başqalarını düşünməyə başlayır”./sfera.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti