04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

Şuşada yeni tikilən məscid belə olacaq - Fotolar

12.05.2021 - 522 - Sosial

Şuşada bu gün Azərbaycan Prezidenti tərəfindən təməli qoyulan məscid modern memarlıq üslubunda layihələndirilərək inşa ediləcək.

Showxeber.Az xəbər verir ki, məscidin memarlıq təməlini Azərbaycanda Zəfər Gününün rəmzi (8 noyabr 2020-ci il) olan 8 rəqəmi təşkil edir.

Bu rəqəm həm də sonsuzluğu, əbədiliyi təcəssüm etdirir. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Bu, Şuşa şəhərinin və Qarabağın onbirinci ayda tam işğaldan azad edilməsini simvolizə edir.
 
Gümbəzi mozaika ilə bəzədiləcək məscidin layihələndirilməsi İtaliyanın “Simmetrico” şirkətinin iştirakı ilə azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni vurğulayacaq.
Layihələndirmə səkkiz rəqəminin həndəsi proyeksiyalarını təkrarlayacaq, məscidin daxili ilə xarici görünüşü arasında əlaqə yaradacaq.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti