09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

"Dəyərli sənətçilər ölkədən getməsin, musiqi alətlərini satmasınlar" - TÜNZALƏ AĞAYEVA

17.05.2021 - 475 - Maqazin

Xalq artisti Tünzalə Ağayeva "İzzət şou" verilişinin qonağı olub. 

SHOWXEBER.AZ  xəbər verir ki, sənətçi pandemiyanın insanlar üçün gözlənilməz olduğunu bildirib:

 "Pandemiya bizim gözləmədiyimiz hadisə oldu. Alışdığımız, hərəkətli səhnə fəaliyyətimiz dayandı. Artıq ikinci ildir ki, iqtisadi olaraq çətinlik yaşayırıq. Bütün dünyada artistlər pandemiya səbəbindən sənət istiqamətini dəyişdi. Peşəkarlar belə hadisələrdən faydalanmalıdır, əlini-qolunu sallayıb, depressiyaya düşməməlidir. Pandemiyada studiyamı bağladım, amma sənətimi davam etdirdim.

 Müharibə dövrü oldu, şəhidlərimizə, qələbəmizə aid mahnılar yazdım. "Şuşam mənim" mahnısı şəhidlərimizə həsr olundu.  Müharibə bitməmişdi, amma mən hisslərə qapılıb “Gözün aydın, Qarabağ” mahnısını yazdım. Soruşurdular ki, ərkən deyil bu mahnını oxuyursan? Deyirdim, yox. Sonra "Əsgər sevgilim" mahnısını yazdım. Sıxıntılar olsa da, bəzi qurumlar, insanlar mənə dəstək oldular, bir neçə layihə ərsəyə gətirdim".

Müğənni pandemiyada onu üzən hadisələrdən də danışıb: "Artist həmişə səhnədə olmalıdır. Məni üzən məsələ dəyərli sənətçilərin ölkəni tərk etməsi, musiqi alətlərini satması, başqa işlərlə məşğul olması  oldu. Onlar ölkədən getməsin, musiqi alətlərini satmasınlar. Allah hamımıza xeyirli qapılar açsın. Mədəniyyətimiz məhv olmasın".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti