22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |     07:39 Elton Hüseynəliyev toy qiymətlərini niyə artırıb?  |     20:36 Zamiq "Oğlum" dedi - VİDEO  |     13:19 Naibə Allahverdiyevanın son durumu: Evə buraxılıb  |     13:17 Alla Puqaçovanın arıqlama sirri başqalarını məhv edir  |     10:35 Yenidən yayıma hazırlaşan “Toylar kralı” yarışmasının münsifləri bəlli oldu  |     10:32 Meryem Üzerli ilə birgecəlik şam yeməyinin qiyməti açıqlandı  |     10:26 Əməkdar artist: “Qocalığın nəyi gözəldir, sevmirəm”  |     19:27 Kamalə Ağazadə coşdu: Təranə və Qumral Hər ikisi cəzalanmalıdır  |    

"Telekanallar hər şeyi hörmətsiz etdi" - Rasim Balayev

22.05.2021 - 639 - Mədəniyyət

"İlk dəfə televiziyaya çıxanda məni 9 adam yoxladı. Sən demə ,burada xüsusi şöbə var imiş. Ailəmlə maraqlanıb ki, onu efirə buraxmaq olarmı. Amma bu gün efirə elə adamlar çıxır ki, onların söz deməyə mənəvi haqqı yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Space TV"də yayımlanan "Açıq söhbət" verilişində deyib. Aktyor hazırda yayımlanan verilişlərdən gileylənib. O bildirib ki, efirlərə getməməsinin səbəbi dəvət olunan qonaqlardır:

 "Adam var bir iş görüb, iki mahnı oxuyub, deyir məndən yoxdur. Sənətdəyəm... Deyirəm, sənətin qapısına əl vur, sonra. Sənətdən sənətə aidiyyatı olmayan adamlar danışır. Efirə yeni filmlərin premyerası ilə çıxırlar. Bu gün heç nəyə çəkilmirəmsə, niyə çıxım? Mənə nə haqda sual verəcəklər? Efirlərə elə adamlar gedir ki, orada, həmin kanala getmək istəmirəm. Hər şeyi hörmətsiz ediblər. Bəzi verilişlərə hirslənmək üçün baxıram. Əsəbiləşirəm, tez keçirdirəm, baxıram futbola, nostalji rus, xarici filmlərə... Onlardan aktyor oyunları öyrənirəm".

R.Balayev saçını rəngləyən kişi sənətçilərə irad bildirib:

"Adam var fikir edir ki, saçım ağarır. Gedib saçını qaraldır. Allah məsləhət bilsəydi, saçı bir rəng edərdi. Qadınlar saç rəngləyir, amma kişilər mənə çatmır. Soruşuram ki, niyə saçını qaraldırsan? Deyir, səhnə adamıyam. Qardaş, Allah məsləhət bilsəydi səni bir rənglə yola salardı. Çoxu da həcidir. Əvvəl tüksüz olursan, sonra tük çıxır, tünd olur, sonra saça dən düşür. Allaha qarşı çıxırsınız?".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti