13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Azərbaycanın tanınmış bəstəkarı və iş adamı Emil Şahinin uğurlu sənət yolu - FOTO - VİDEO

8.06.2021 - 629 - Mədəniyyət

Emil Şahin oğlu Qonaqov 19 may 1987-ci ildə Bakı şəhərində anadan olub.

1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olmuşdur.Musiqiyə olan həvəsi uşaq yaşlarından formalaşdığı üçün, məktəbdən əlavə həmin illərdə Səbail rayonunda fəaliyyət göstərən incəsənət dərnəklərində, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbində təşkil olunan müxtəlif konsertlərdə fəal iştirak edərək laureat olmuşdur. İlk bəstələdiyi melodiya  11 yaşı olarkən ərsəyə gəlib.

 "Vətən" adlı bu bəstə illər ötməsinə baxmayaraq onun yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər daha da təkmilləşdirilərək, Azərbaycan Respublikasının Xalq artisti Qara Qarayev adına Dövlət Kamera Orkestrının bədii rəhbəri və dirijoru Teymur Göyçayevlə birlikdə xüsusi layihə kimi dinləyicilərə təqdim olunacaqdır. Əsərin ifaçısı Azərbaycan muğamlarını dünyaya tanıdan xalq artisti , “Şöhrət” ordenli Alim Qasımov olacaq.
Emil Şahin haqqında məlumatda onu da vurğulamaq istərdik ki, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxaq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuşdur. Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyasını da elə həmin ildə yazmışdır. Bu əsər çox qısa müddət ərzində ona şöhrət qazandırıb. Həmçinin xüsusi olaraq qeyd edə bilərik ki, Ümummili Liderimiz Heydər Əliyevin 82-ci ildönümünə həsr olunmuş sənədli film üçün yaradıcı heyətin təşəbbüsü ilə "Xəyallar" kompozisiyası seçilmiş və bu əsər sözügedən ekran işində yer almışdır.

Ona uğur qazandıran bəstələr sırasında "Follow may way" əsərini də xüsusi qeyd etmək istəyərdik. Yazdığı bəstə 2009-cu ildə "Eurovision" Beynəlxalq mahnı müsabiqəsində namizəd mahnı kimi irəli sürülmüşdür. Layihə, Azərbaycan Respublikasının Xalq artisti, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru Teymur Göyçayevin rəhbəri olduğu orkestrin musiqiçilərinin, həmçinin Azərbaycanın əməkdar artisti "Natiq Ritm Qrupu"nun rəhbəri Natiq Şirinovun və Xalq Artisti Alim Qasımovun iştirakı ilə gerçəkləşib. "Follow may way"in ifaçısı müğənni Ülviyyə Ağayevadır.

Emil Şahin yaradıcılığında ümumilikdə 30-a yaxın bəstə var. Mahnıları Azərbaycan Respublikasının xalq və əməkdar artistləri tərəfindən ifa edilib.
Hər bir layihəsi Azərbaycanda fəaliyyət göstərən televiziya və radio şirkətlərində eləcə də qardaş Türkiyənin radio qurumlarında xüsusi maraqla işıqlandırılıb. Hazırladığı layihə "Odlar yurdu" radio müsabiqəsində birinci yerə layiq görülüb. Məlumat üçün bildirək ki, o, 2014-cü ildən etibarən bir çox konsertlərin təşkilində fəal iştirak etmişdir Bu siyahıda ön cəbhədə hərbi xidmətdə olan əsgərlər, Bakıda yerləşən Sərhəd Qoşunlarının zabitləri üçün keçirilən konsertlərin adını çəkə bilərik. Yaradıcılığı boyu bir çox fəxri fərman və mükafatlara layiq görülmüşdür. O həmçinin "Qrand", "Seçilənlər", "Nəğmə payızı" mükafatlandırma mərasimlərində "İlin bəstəkarı" nominasiyasında təltif olunmuşdur.
Bu günə qədər bir neçə xarici ulduzun Azərbaycana səfərini təşkil etmək də qazandığı uğurlar sırasındadır.

Türk və əcnəbi ulduzlarla yaradıcı işləri olmuş və bu əməkdaşlıq hələ də davam etdirilməkdədir.
Emil Şahin hazırda "Bir sevgi hekayəsi" adlı operetta üzərində çalışır.  Həmçinin öz adını daşıyan "Emil Şahin prodüser mərkəzi"nin rəhbəridir.
Fəxri fərman və mükafatlar:
 
"Qrand" 2007 il

"Seçilənlər" 2009 il

"Nəğmə payızı" 2010 il

İlin Bəstəkarı 2012 il

"Qrand"  2014 il



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti