21.06.2021 - 386 - İdman
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında boksçumuz Ruslan Rüstəmov (64 kq) 1/4 finalda Almaniya təmsilçisi David Gevorgyanla qarşılaşıb.
Showxeber.Az xəber verir ki, Ruslan Rüstəmov rəqibinə böyük üstünlüklə qalib gəlib.
Qeyd edək ki, R.Rüstəmov 14 illik boks karyerası ərzində 3-cü dəfədir ki, erməni idmançı üzərində qələbə qazanır. Boksçumuzun əmisi I Qarabağ döyüşlərində şəhid olub.