24.06.2021 - 455 - Mədəniyyət
Sovet televiziyasının diktoru Viktor Balaşov vəfat edib.
Showxeber.Az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
96 yaşlı aparıcının ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Viktor Balaşov 1924-cü ildə Moskvada doğulub. 1944-cü ildən Ümumittifaq radiosunda diktor kimi fəaliyyətə başlayıb.
1961-ci il aprelin 12-də Yuri Qaqarinin kosmosa uçuşu barədə ilk məlumatı efirdə Balaşov səsləndirib.