12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

Kənan və Cəbrayıl Avropa çempionu oldu

30.06.2021 - 363 - İdman

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

SHOWXEBER.AZ  xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən Heybətov finala vəsiqə qazanıb. Həlledici və prinsipial görüşdə Ermənistan idmançısıyla qarşılaşan Kənan əsl əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və Avropa çempionu olub.

 Cəbrayıl Hacıyev ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Milli üzvü daha sonra Rusiya təmsilçisini "tuşe" ilə məyus edib. Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü pəhləvanla mübarizə dramatik alınıb. Görüş boyunca gah bu, gah da digər güləşçi hesabda önə çıxıb. Əzmkarlıq nümayiş etdirən Cəbrayılın son saniyələrdəki uğurlu fəndi həlledici olub və yığma üzvünü finala daşıyıb. Hacıyev həlledici görüşdə tam üstünlüklə türk həmkarına qalib gələrək komandamıza 3-cü qızıl medalı qazandırıb.

Fuad Mayılov təsnifat mərhələsində alman rəqibinə uduzub. Almaniya idmançısı finaladək irəliləyib və Mayılov 3-cü yeri tutmaq şansı yaranıb. Ancaq Fuad iyunun 30-da keçirilən təsəlliverici görüşdə türk həmkarıyla da bacarmayıb.

Abdulcəlil Şabanov 1/8 finalda rusiyalı həmkarına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şabanov iyunun 30-da təsəlliverici görüşə çıxıb və gərgin mübarizə şəraitində keçən görüşdə Ukrayna idmançısına minimal fərqlə uduzub.

Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov Macarıstan güləşçisinə sonuncu xal prinsipinə əsasən qalib gəlib. Əhmədov yarımfinalda Ukrayna idmançısından da güclü olub və finala yüksəlib./shownews.az
 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti