04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

“Sənətimi heç bir kişi qəbullana bilmədiyindən ailə qura bilmirəm” - Renka

1.07.2021 - 474 - Maqazin

Sənətim uğrunda bir çox qurbanlar vermişəm. Ən böyük itkim sevgim olub. Bir insanı çox sevirdim, onda çox məşhur deyildim. Məşhurlaşandan sonra qısqanmağa başladı və biz ayrıldıq.

Publika.az xəbər verir ki, bu sözləri “Black Angel” ləqəbli rəqqasə Rəna Ağamuradova “Senzurasız Show News” verilişində deyib. O bildirib ki, sevgilisinə kifayət qədər vaxt ayıra bilmədiyi üçün ayrılmaq məcburiyyətində qalıblar:

“Həm o, yoruldu, həm də mən bezdim. İndiyə kimi şəxsi həyatımı sənətə qurban vermiş sayılıram. Şəxsi həyatımı qura bilmirəm, alınmır. Heç kim işimi qəbullana bilmir. Mentalitetimiz buna icazə vermir. Düzü, iki uşaqla bundan sonra ailə qurmağı düşünmürəm”.




Rəqqasə etiraf edib ki, qadın məclislərində çıxış etmək onun üçün daha asandır:

“Qadın məclislərində özümü rahat hiss edirəm. Bəzən də elə məclislər olur ki, şoka düşürəm. Tez oynayıb çıxmağa çalışıram. Mən oynadığım zaman ilanı tutub boğmaq istəyiblər. Hətta ikinci mərtəbədən üstümə buz atıblar. Qapını tutub “Burdan çıxmayacaqsan” da deyənlər olub.

 Bir dəfə isə çox böyük itlərin üstünə atmaq istəyirdilər. Qorxan insan deyiləm. Sərxoş adamlarla necə rəftar etməyin lazım olduğunu bilirəm, yola verirəm”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti