20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |     21:04 Prezident Xalq artisti Samir Cəfərovu təltif etdi  |    

Rayonlularla bağlı dediyi fikirlərə aydınlıq gətirdi - VİDEO

2.07.2021 - 413 - Maqazin

Xalq artisti Sərxan Sərxan sonuncu verdiyi müsahibədə rayonluların teatr, konsert anlayışı olmayan, təhsil aldıqları müddətcə şəhər mədəniyyətinə öyrəşmələri ilə bağlı işlətdiyi ifadələr sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.

SHOWXEBER.AZ  xəbər verir ki, müğənni ünvanına səsləndirilən fikirlərə cavab olaraq video açıqlama yayımlayıb. O, qabardılan mövzunun jurnalist tərəfindən edilən müdaxilədən yarandığını bildirib:

"Təəssüflər olsun, elə jurnalistlər var ki, mən bunu bilərəkdən etdiklərini düşünmürəm, lakin 1 dəqiqəlik məşhurluq üçün sensasiya naminə nəsə edirlər. Bu səbəbdən müsahibənin kontentindən kənara çıxırlar. Bu yaxınlarda mən də birini vermişdim, hansısa sözə öz fikirlərini əlavə edərək başlıq çıxarıb internetdə paylaşırlar.

Mən həmişə gənc jurnalistləri dəstəkləməyə çalışmışam. Pandemiya ilə əlaqədar Moskvada olduğum müddət ərzində mənə çoxlu zənglər gəlirdi. Onların heç birinə yox deməmişəm. Tam əksi kömək edib, haradasa yönləndirmişəm. Məndən müsahibə alan jurnalistin belə bir məqsədi olduğunu düşünmürəm. O ürəklə işini görürdü. Mən hətta yazını oxumuşdum. Görünür yazıda müxtəlif mövzular olsa da, kimsə həmin ifadəni önə çıxararaq daha çox sensasiya yaratmağa çalışıb.
Qəzəblənmirəm. İstəyirəm onlar bundan arınsınlar. Bu bizi birləşdirmir, tam əksi parçalayır. Diqqətli olun. Hər bir halda mən sizin hamınızı, bütün Azərbaycan xalqını sevirəm. Yazıda qeyd ediblər ki, rayonluları sevmir, dərinə getsək biz elə hamımız rayonluyuq. Heç vaxt bunu ayırmamışam. Sizin üçün darıxıram. Uçuşlar mümkün olduğu halda Moskvadan qayıdacağam"./axsam.az



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti