17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

Kamal Sunal haqqında bilmədiyimiz 10 fakt

4.07.2021 - 343 - Mədəniyyət

Bu gün böyük türk aktyoru Kamal Sunalın anım günüdür.
 
SHOWXEBER.AZ  kulis.az-a istinadən aktyor haqqında bilinməyən 10 qəribə faktı diqqətinizə çatdırır.
 
1. 10 noyabrda doğulub, ancaq bu gün Atatürkün ölüm günü olduğu üçün ad gününü həmişə 11 noyabrda qeyd edirdi.
 
2. Bir dəfə bir nəfər Kamal Sunalın qızı Ezo Sunala "Məni atanız böyütdü" – deyir. Ezo xanım təəccüblə "Necə yəni?" – deyə soruşunca dediyinə aydınlıq gətirir: "Balaca idim. Atam ölmüşdü. Anam işə gedirdi. Bacım ev işlərini görmək üçün ard-arda Kamal Sunal filmlərini qoyurdu və bilirdi ki, filmlər bitənə qədər televizorun qarşısından qalxmayacam."
 
3. Həyat yoldaşı Gül Sunay ilə tanışlıqdan sonra düz iki il yarım məktublaşmışdı.
 
4. Evlənib yığışdıqları ev o qədər rütubət olub ki, qonaq gələndə nəm qoxusunu itirmək üçün kartof qızardırmışlar.
 
5. İlk serialı "Qəmbəy bəy"in gözlənilən tamaşaçı toplaya bilməməsinin səbəbi eyni saatda başqa kanallarda Kamal Sunal filmlərinin yayımlanması olub. Özü özünə qarşı...
 
6. 48 yaşında dissertasiya mövzusunu özündən götürüb və "Məni kimsə araşdırmayacaq, ona görə özüm edirəm" demişdi.
 
7. Orta məktəbdə onun övladlarını şagird yoldaşları "İnəyin uşağı" deyə ələ salırmışlar.
8. Evdə həmişə filmə çəkildiyi qiyafətlərdə gəzərmiş.
 
9. Çiy küftənin hazır olub-olmadığını yoxlamaq üçün tavana atan ünlünün yalnız İbrahim Tatlısəs olduğunu düşünürsünüzsə, yanılırsınız. Kamal Sunal da bunu tez-tez edib Gül Sunalı əsəbiləşdirirmiş.
 
10. Çiy küftə sevgisindənmi, yoxsa səsinin gözəlliyindənmi, ən çox İbrahim Tatlısəsi dinləyərmiş.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti