Aşıq Namiq daha bir qadına qarşı seksual zorakılıq edib?

16.07.2021 - 231 - Hadisə

Tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

SHOWXEBER.AZ  "Report"a istinadən xəbər verir ki, şikayətçi E.R. (şərtidir - "Report") hüquq-mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşığın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib.

N.Fərhadoğlu açıqlamasında qeyd olunan şikayət üzrə polis şöbəsinə çağırıldığını və ifadə verdiyini təsdiqləyib. Lakin o, barəsində verilən ittihamları qəbul etmədiyini, bunun yalan və şər olduğunu bildirib.

N.Fərhadoğlu onda kamera görüntülərinin olduğunu bildirərək bunları polisə təqdim edəcəyini deyib.
"Həmin qadın mənə deyib ki, tanışın çoxdur və oğlumu məktəbə düzəlt. Mən də ona demişəm ki, mənim orada tanışım yoxdur. Axı, sən mənim əmimqızı deyilsən, dayımqızı deyilsən və real həyatda da səni tanımıram. Sən mənə de ki, oğluma saz öyrət, onu efirə çıxart və s . - bunları edə bilərəm. Başa düşmürəm, axı qadını niyə döyməliyəm? Qadını döyərlər heç? Bu, sadəcə olaraq bir tanış aşığın oyunudur. Hazırda polisdə araşdırma aparılır", - aşıq Namiq Fərhadoğlu əlavə edib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti