"Çox dəhşətli mübarizədir" - Mehriban Zəki

10.09.2021 - 113 - Maqazin

Xalq artisti Mehriban Zəki "Telesəhər" proqramının qonağı olub.

SHOWXEBER.AZ xəbər verir ki, aktrisa sosial şəbəkədən ona gələn sualları cavablandırıb. M.Zəki arzuları ilə bağlı sualları cavabsız qoyub.

"İrəlidə arzu və istəklərim var. Ağıllı adam deyib ki, arzu və istəklərini paylaşmayın. Ona görə paylaşmıram" deyə, o, bildirib.

Sevgidən söz açan aktrisa "Sevgi olan yerdə dəyər də, dəyər olan yerdə sevgi də olar" sözlərini söyləyib.

"Aktrisa sənətini sizə sevdirən kim olub" sualına Zəki "Heç kim, pozitiv olmaq lazımdır. Hər bir insanın içində oyun oynamaq, aktrisa olmaq istəyi var. Aktrisa olmaq mənnim istəyim deyildi" cavabını verib.

Aktrisa "Kiminlə mübarizə aparırsınız" sözlərinə "Çox dəhşətli mübarizələr. Hər gün dava edirəm, qırğına çıxıram, sonra barışıram. Ramiz Rövşən demiş, çətini özünlə barışmaqdır. Bu dünya ilə, insanlarla barışmaq olar. Ən böyük problem sən özünsən" sözləri ilə münasibət bildirib./axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti