11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Üzeyir Hacıbəylinin həyatını zəhərləyən iki erməni kim olub?

19.09.2021 - 282 - Maraqlı

Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, sabiq səfir Vilayət Quliyev dahi bəstəkar Üzeyir Hacıbəyli barədə sosial şəbəkədə maraqlı fakt paylaşıb.

Publika.az 
xəbər verir ki, o, vaxtilə Üzeyir bəyin həyatının iki erməni musiqiçisi tərəfindən zəhərləndiyini qeyd edib:

“Onlardan birincisi daha çox Saşa Oqanezaşvili kimi tanınan kamançaçı Aleksandr Oqanyandır (1889-1932). Azərbaycan musiqisinin erməniləşdirilməsi işinin binasını qoyanlardan biridir. Cabbar Qaryağdı oğlu (xanəndə) və Qurban Pirimov (tar) ilə birlikdə trio yaratmışdılar. Bu böyük sənətkarların rus dilini bilməməsindən istifadə edib birgə ifa etdikləri, yaxud yazdırdıqları muğam dəsgahlarını, xalq mahnılarını və s. "fars musiqisi", yaxud "Qafqaz-erməni musiqisi" kimi qələmə verirdi. Bolşeviklərlə dil tapıb 1920-ci ildə Bakıda Şərq konservatoriyası yaratmışdı. 1920-ci ilin sentyabrında "Bakinski raboçi" qəzetində çap etdirdiyi bir məqalədə yeni ağalarına müraciətlə Üzeyir bəyi "Azərbaycan musiqisinin inkişafına çalışmamaqda" ittiham edirdi. Donos xarakterli məqalə və çıxışlarında dahi bəstəkarımızın musiqi savadının olmaması, not bilməməsi, muğam operaları ilə proletar mədəniyyətinə ziyan vurması və s. cəfəng iddialar irəli sürürdü.

İkinci erməni 1932-1938-ci illərdə Bakı Konservatoriyasının direktoru olmuş Anuşavan Ter-Qevondyan (1887-1961) idi. İlk gündən Üzeyir bəyi sıxışdırmağa başlamış, onu mətbuat səhifələrində muğam operalarından imtinaya məcbur eləməyə çalışmışdı. Tədris saatlarını əlindən almış, cüzi maaşla xalq musiqisi kabinetinə sıravi əməkdaş təyin etmişdi. Tez-tez iclaslarda "Üzeyir Hacıbəyovun məsələsini" müzakirəyə çıxarmışdı.

Amma bu yaramaz və xain əməllər Üzeyir bəyi əsla ruhdan salmamışdı. Əksinə, möhtəşəm "Koroğlu" operasını bəstələyərək təkcə yeni sənət zirvəsi fəth etməmiş, həm də bütün bədxahlarını susduraraq həqiqi sənətin nəyə qadir olduğunu göstərmişdi”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti