11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Azər Axşam həyat yoldaşını dəstəklədi, dövlət başçısına müraciət edəcəyini bildirdi...

16.10.2019 - 827 - Manşet / Maqazin

Dünən sosial şəbəkələrdə tanınmış aktyor, teleaparıcı Azər Axşamın həyat yoldaşı Səbinə Şabanovanın Azərbaycanın Milli Qəhrəmanını təhqir etməsi barədə məlumat yayıldı.

Məlumatda bildirilirdi ki, Azər Axşamın həyat yoldaşı Səbinə Şabanovanın adından açılmış səhifədə o Milli qəhrəman Mübariz İbrahimovun kişi olmadığını, ermənilərin ona əxlaqsız şeylər etdiyini yazıb.

“Mübariz kişi deyil, bu qədər. O narkomanın biri olub. Mənim ərimdən başqa kişi yoxdur”.

Paylaşılmış statusda vətən yolunda şəhid olmuş br əsgər barədə həddən artıq nalayiq ifadələr işlədən şəxs bununla sanki kiminsə qəsdən damarına basmağı planlamışdı.

Məsələ ilə əlaqədar SHOWXEBER.AZ saytına açıqlama verən aktyor Azər Axşam bildirib ki, bunu edən onun xanımı deyil və hər kimdirsə onunla düşmənçilik edən şəxsdir.

“Sizcə bunu bir azərbaycanlı insan edə bilərmi? Mən efirlərdən Azərbaycan əsgərinin şərəfini, vətənə, xalqa sevgini təbliq edirəmsə mənim xanımım çıxıb sosial şəbəkələrdə belə bir şey yaza bilərmi? 2-3 ay əvvəl mənim 83 yaşlı anamın da adına belə bir səhifə açmışdılar və ordan tanınmış aktyorlara söyürdülər. Mən Bakı şəhər Baş Polis İdarəsinə, “102” qaynar xəttinə müraciət etdim. Amma tapa bilmədilər. İndi də istəyirəm sosial şəbəkələr vasitəsilə Cənab prezidentə, daxili işlər nazirinə müraciət edəm ki, ölkəmizdə baş verən bu kimi kibercinayətkarlıq hallarının qarşısının alınması isiqamətində bizə kömək etsinlər. Mən bu məsələni sözsüz ki araşdıracam, bu utancverici, biabırçı bir haldır . Mənim xanımım da , mən də bütün azərbaycanlılar kimi sosial şəbəkəərdən istifadə edirik. Amma elə aktivliyimiz yoxdur. Xanımım ümumiyyətlə paylaşımlar edib, orda kiminləsə savaşacaq nalayiq ifdadələr işlədəcək bir insan deyil. Mən istəyirəm bunu hamı bilsin. Bu təkcə mənə və mənim ailəmə qarşı deyil, bizim müqəddəs saydığımız hər şeyə qarşı edilən hücumdur”.

Millətin qəhrəmanını, şəhid övladını təhqir edən kim olursa olsun, bu yolverilməzdir, bağışlanılmazdır. Bu kimi addımları atanlar da yalnız qəhrəmanı deyil, hər birimizi təhqir etmiş sayılır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti