закрыть
Test Test2
Azərbaycanlı Avropa çempionu müalicə üçün Türkiyəyə aparıldı

Azərbaycanlı Avropa çempionu müalicə üçün Türkiyəyə aparıldı

İdman 27-okt, 18:26 23
Böyrək çatışmazlığından əziyyət çəkir

Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb.

SHOWXEBER.AZ-ın məlumatına görə, bu barədə idmançının özü sosial şəbəkə hesabında məlumat verib.

“Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz üçün, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm.

Düzələcəyəm İnşallah. Dua edin”, - idmançı İnstaqramda qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl “Qafqazinfo”ya açıqlama verən Mamayev buna qədər belə problemlə üzləşmədiyini və böyrək köçürülməsinə ehtiyac olmayacağını demişdi.