14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |    

“Firəngizi sevməsəydi, onunla ağlamazdı” - Yaşar Nurinin həyat yoldaşı

23.11.2019 - 1 026 - Maqazin

Bu gün mərhum Xalq artisti Yaşar Nurinin anım günü münasibətilə onun həyat yoldaşı Rəhimə Nuriyeva ASAN Radionun qonağı olub.


SHOWXEBER.AZ  Axşam.az-a istinadən xəbər verir ki, o, Kəmalə Mustafayeva ilə müsahibəsində sənətçi haqda maraqlı açıqlamalar verib:


"Biz sevgili olaraq ailə qurmamışıq, qohumluq əlaqələri vasitəsilə evlənmişik. Nişandan sonra məni gəzməyə aparırdı. Bir dəfə Bulvara getmək üçün bəzəndim, məni "Sovetski"də gözləyirdi. Görəndə dedi ki, get, əynini dəyiş. Səninlə belə heç yerə çıxa bilmərəm”.


R.Nuriyeva aktyorun kaprizlərindən söz açıb:


"Hər yerə geyimi ayrı olurdu. Köynəyində bir nöqtə olanda deyirdim ki, oyanıb, neyləyəcək? Xəbəri olmadan gedib təzəsini alıb, yerinə qoyurdum. İnsan ailə quranda məhəbbət lazım deyil. Qadın istəyirsə, ailəsi möhkəm olsun, dil tapıb, yola verməlidir”.
Sənətçinin həyat yoldaşı onun əşyalarını qoruyub saxladığını bildirib:


"Arxiv materiallarını, albomlarını, eynəklərini, kül qabısını, son siqaretinədək saxlamışam. Əl-ələ, göz-gözə bir həyat yaşamışıq. Albomda bir şəkli var, onu hər kəsdən gizlədirəm. Vəfat edən günü səhər saat 10-da çəkilib. Onu elə qoruyuram ki, hər dəfə o şəklə baxanda o dünyaya gedib-gəlirəm. Orada siması başqa cürdür. Elə baxırdı ki, mənə... Yalvarırdı ki, mənə nə olub?”.


R.Nuriyeva Y.Nurini heç vaxt qısqanmadığını söyləyib:


"Biz evlənəndə o mənə üç söz dedi. Bildirdi ki, onlara riayət etməliyəm: karam, koram, lalam. Yaradıcılıqda qısqanclıq olmaz. Firəngizlə tamaşasına (Firəngiz Mütəllimova – red.) saatlarla baxıram. Efirdə onun yaşadığı məhəbbəti qısqana bilmərəm. Firəngizi sevməsəydi, onunla ağlamazdı. "Sən yaxşı qızsan, Gülnar" deməzdi. O tamaşada Firəngizi sevib, sonradan sevgi başında qalıb, ya asta-asta keçib deyə bilmərəm. Hər saniyə onun üçün darıxıram. Elə bilirəm yanımdadır. Elə problemlərlə üzləşirəm ki, deyirəm Yaşar olsaydı, bu, belə olmazdı. Hər kəs onu çox sevirdi. Hara gedirdik, gözləmədiyimiz halda hədiyyə gəlirdi”.


Qeyd edək ki, Y.Nuri 22 noyabr 2012-ci ildə 61 yaşında vəfat edib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti