закрыть
Test Test2
Kişi ilə yazışdığı üzə çıxan 8 yaşlı qız intihar etdi

Kişi ilə yazışdığı üzə çıxan 8 yaşlı qız intihar etdi

Sosial 28-noy, 09:16 33
İnanılmaz hadisə Rusiyada baş verib. Moskvada kişi ilə yazışdığı üzə çıxan 8 yaşlı qız intihar edib.
 
Uşağın yazışmasından anası xəbər tutub. O, özü polislərə bu haqda danışıb. Qadının dediyinə görə, vaxtaşırı qızının telefonunu yoxlayırmış. Uşağın hansı saytlara daxil olduğunu bilmək istəyirmiş. Bu dəfə qızına xəbərsiz yaxınlaşıb, ikinci sinif şagirdi çatı bağlamağa imkan tapmayıb. Ana 8 yaşlı uşağın bir kişi ilə yazışdığını görüb. Həmin adam qıza intim şəkillərini göndəririmiş. Ümumiyyətlə, söhbətin mövzusu da açıq-saçıq imiş.




Qadın qızına yazışmaları oxuduğunu bildirməyib. Sadəcə, təklif edib ki, bundan sonra smartfon yox, düyməli telefon istifadə etsin. Görünür, uşaq vəziyyəti anlayıb və xəcalətdən həyatına son qoymaq qərarına gəlib. Məktəbli qız intihar niyyəti ilə bağlı 13 yaşlı qardaşına eyham vurub. Amma oğlan bacısının sözlərini ciddiyə almayıb.
 
//Bizimyol.info
Oxşar xəbərlər