закрыть
Test Test2
Son bir ayda faciəvi şəkildə ölən tələbələr -

Son bir ayda faciəvi şəkildə ölən tələbələr - FOTOLAR

Sosial 28-noy, 11:03 36
Son bir ay ərzində müxtəlif səbəblərdən tələbə ölümləri qeydə alınıb.

SHOWXEBER.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün də Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin birinci kurs tələbəsi Vüsal Hacıyev ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, gənc oğlan futbol oynayarkən yerə yıxılıb və dili qatlanıb.

Bu, noyabr ayı ərzində BDU ailəsində baş verən ilk itki deyil. Belə ki, noyabrın 21-də universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə və İbadova Həmidə qidadan zəhərlənib. Həmidə ilə Dilrubənin həyatı xilas olunsa da, Şəkər hadisə yerində keçinib. O, doğulduğu Qusarın Xurel kəndində torpağa tapşırılıb. Sözügedən zəhərlənmə ilə bağlı cinayət işi açılıb.




Daha bir tələbə ölümü isə noyabrın 24-də baş verib. Belə ki, Bakı şəhər sakini Anar Musayev idarə etdiyi "Mercedes" markalı avtomobillə elektrik dirəyinə çırpılıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin II kurs tələbəsi idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn "VAZ-2109" markalı avtomobilə dəyib. 18 yaşlı tələbə hadisə yerində dünyasını dəyişib.

 
Bu ay ərzində zəhərlənmədən daha bir tələbə dünyasını dəyişib. İqtisad Universitetinin 4-cü kurs tələbəsi Məhyəddinov Ramil Adil oğlu Sabunçu rayonu ərazisində yaşadığı mənzildə dəm qazından zəhərlənib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.



 
Daha iki tələbə isə avtomobil qəzasının qurbanı olub. Belə ki, oktyabrın 29-da Gəncə şəhəri ərazisində 1989-cu il təvəllüdlü Rauf Məmmədovun sərxoş halda idarə etdiyi "Lada Piriora" markalı avtomobillə Abbasəli Tağıyevin idarə etdiyi "Vaz-2106" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Lada Piriora"da olan sərnişinlər - 2000-ci il təvəllüdlü İkram Bayramlı və Eldar Məmmədov hadisə yerində vəfat edib.




Qeyd edək ki, qəzada ölənlər Azərbaycan Dövlət Aqrar Universitetinin "Baytarlıq təbabəti və zoomühəndislik" fakültəsinin baytarlıq ixtisasının tələbələri olub. 19 yaşlı gənclər universitetin III kursunda təhsil alırmışlar.






Noyabrın 2-də isə Polşada təhsil alan azərbaycanlı tələbə Pərviz Dadaşov vəfat edib. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Vəfat edən tələbə Quba Türk Özəl Litseyinin məzunu olub.
Oxşar xəbərlər