10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |    

“Uşaq qatili” - Qalmaqal alovlandı - VİDEO

2.12.2019 - 427 - Maqazin

Xalq artisti Flora Kərimovanın “Zaurla Günaydın” proqramında söhbət zamanı “Nəsimini bərbad hala salan Afət” ifadəsini işlətməsi müğənni Afət Fərmanqızını özündən çıxarıb.

O, sənətçi haqqında sosial media hesabında sərt sözlər yazıb.

F.Kərimova da onu cavabsız qoymayıb:

“İki ali təhsil sahibi müəllim-müğənni” fikirlərin cəhənnəm, cumlə sonluqlarına bax, yazıların qüsursuz olsun.
Toyların azalıb, “mən-mən”də dəbdən düşüb deyə, əlacsız qalıb yeni qalmaqal dilənirsən. Bütün Azərbaycan mənim zarafatımı başa düşdü, sən - “filoloq, alimdən” başqa. İş ki, qaldi “ətnən pişik” misalına - ovçu olmaq taleyin gətirmədi. Sənin qismətin ancaq qurbanlıq olmaqdır, hələ də olursan. Bir məkana verilən adlara gəldikdə isə “Nəsimi bazarı”, “Füzuli meydanı”, “Nizami küçəsi” - bunların heç biri şəxsiyyətə yönəlmiş aşağılayıcı təqdimat deyil.

Bazarda işləyənləri “Nəsimi” adına layiq bilmirsənsə, bu illərlə içində qaynatdığın vətəndaş problemindir. Bu qədər millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqəti sonuncu dəfə izah edim: Dahi Füzulinin sözlərinin ağırlığı altında “Füzuli kantatasını” yaradan böyük bəstəkar Cahangir Cahangirov Nəsiminin “Sığmazam” qəzəlinin faciəsini dərk edib, mənəvi sərvətimiz olan “Nəsimi” kontatasını yazdı. Sən Afət, Nəsimini (sənin sözünlə desək) ancaq bazar səviyyəsinə yox, bazarda olan piştaxta səviyyəsinə endirdin. Buna görə sənə “əhsən” düşür.

İndiyə kimi mənəvi cinayyətlə məişət cinayyəti arasında fərqi görməyən savada nə deyib, necə qiymət verəsən? Əgər saç başa ağıl gətirsəydi, sənin adın dahilər sirasında səslənərdi. Bilməmiş olmazsan, urina (sidik) dozasının artıqlığının nə bədənə, nə ağıla ziyanı var. Vay o günə ki, kişilərin artığı olasan.

Afət, sevirəm deyib “dini kəbinə” girib (gah qolunu, gah kəbinin üz qabığını göstərdin) keçirdiyin sabaha güvənməyən qadın. Sənə uşaq cəlladı olmağına acıyıram. Hamıya hər fürsətdə ucuz cavablarla o qədər özünü yerə çırpıb, kiçiltdin ki, sayılası düşman da ola bilmədin”.

Bu zaman isə A.Fərmanqızı əsəbini video paylaşmaqla soyudub. O, F.Kərimovanı “Yekatrina” adlandırıb:

“Toylardan vaxtım yoxdur ki, Yekatrinaya geniş cavab verim. Həyatında olan kişiləri sadalasam, İnstaqram tab gətirməz. Siyasət adamı deyiləm, amma bir əqidəyə qulluq edirəm. Xəyanətkar həmişə xəyanətkardır. 78 yaşında vannaya lüt uzanan, siyasi kariyerasını buqələmun kimi dəqiqədə bir dəyişən, “sidik içirəm” deyən insan hər şey edər. Zamanında “JEK” müdirindən tutmuş, qapı-pəncərə ustalarınadək həyatında olub. O yolları sən bilirsən. Bu yolları sizdən öyrənmişik, amma yaxşı ki, getməmişik. Zamanında sosial şəbəkə aktiv olmadığı üçün xalq bu siyahını dəqiq bilmir. Neçə ailələr gözüyaşlı qoymusan. Ağıllı ol, adları ilə bilirəm. Özü də kim səni alıbsa, sevgili olubsa, ürəyi yatıb ölüb. Bilmirən nə məsələdir…”.




Showxeber Bizi instagramda izləyin



Xəbər xətti