21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |     07:39 Elton Hüseynəliyev toy qiymətlərini niyə artırıb?  |    

Dövlət Komitəsindən Ruhinin ittihamlarına - CAVAB

17.12.2019 - 499 - Sosial

Tanınmış biznes-ledi, "Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini sərt tənqid edib.

Ruhi Əliyeva müsahibəsində bildirib ki, adıçəkilən qurum tərəfindən onun gördüyü işlərə heç bir dəstək göstərilmir:

"Bilirsinizmi, mən bu məsələlərdə kimisə günahlandırmaq istəmirəm. Təbii ki, mənim də o qurumdan gözlədiyim bəzi məsələlər var idi ki, onları görmədim. Hətta tədbirlərimizə dəvət etdik, ötən il tədbirimizə gənc bir nümayəndə göndərmişdilər. Əgər bizim kimi vətəndaşlar bu layihələri edir, çiynimizi bu yükün altına veririksə, çox istərdim ki, onlar da lazımi dəstək versinlər”.Ruhi Əliyeva əlavə edib ki, onun təqdim etdiyi sosial layihələri əslində Komitənin özü etməlidir:
"Bu, bilavasitə onların işidir, bizim işimiz deyil. Bizi dəstəkləmək və alqışlamaq lazım idi, nəinki kənarda dayanmaq. Və təbii ki, mənim incikliklərim də var”.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verib. O deyib ki, qadına şiddətə qarşı olan bütün tədbirlər təqdirəlayiqdir:

"İlk olaraq onu deyə bilərəm ki, zorakılqla mübarizə ilə 11 dövlət qurumu məşğuldur. Bundan əlavə qeyri-hökümət təşkilatlarının və ya hansısa tanınmış şəxsin bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Hər il bu sahədə tədbirlər keçirilir, maarifləndirici kampaniyalar aparılır. Bu kampaniyalarda maarifləndirmə ilə yanaşı ailələrlə də fərdi danışıqlar aparılır. 
 
Elgün Səfərov Ruhi Əliyevanın ittihamları haqda da danışıb: Biz Ruhi xanımın fikrinə hörmətlə yanaşırıq. Ancaq onu da bildirməliyik ki, qadına şidddət təkcə bizim komitənin yox, bütövlükdə Azərbaycan cəmiyyətinin problemidir. Ruhi xanımın tədbirlərində bizim bir əməkdaşımız iştirak edib. Ola bilər ki, keçirilən tədbirlər silsilə xarakteri daşıyıb və eyni anda bizim də tədbirlərimiz olduğu üçün əməkdaşlarımız iştirak etməyib. Çünki bizim heyətimiz elə də çox deyil. Burada qabardılacaq bir məqam yoxdur. Biz hər zaman məişət zorakılığı və ya uşaq hüquqlarının qorunmasına dəstək olmağa hazırıq. 



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti