17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

Nazir və baş prokuror generalları Tovuza göndərdi - Nərminin ölümünə görə

9.01.2020 - 404 - Sosial

Tovuzdakı cinayət birbaşa Daxili İşlər naziri Vilayət Eyvazov və Baş Prokuror Zakir Qaralovun  nəzarətindədir.


Bunu Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib.




O qeyd edib ki, hər iki qurumun vəzifəli şəxsləri 10 yaşlı Nərminin meyitinin aşkar edildiyi zamandan hadisə yerinə ezam ediliblər:


"Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Arzu Daşdəmirov və Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general Kamal Qılıcov Əməliyyat istintaq qrupunun rəhbəri kimi həmin gündən rayona ezam olunublar. Onlar əməliyyat-istintaq tədbirlərinə nəzarət edirlər”.


Tovuzda qətlə yetirilərək yandırılan Nərmin Quliyevanın atası Şərif Quliyev isə Modern.az-a cinayətkarın yaxud cinayətkarların tez bir zamanda müəyyən ediləcəyinə inandığını bildirib:


"Hazırda hüquq-mühafizə orqanları, Baş Prokuorluğun, Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri kənddədirlər və araşdırma aparırlar”.


Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti