04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

Xəstənin qarnında qayçı unudulması ilə bağlı açıqlama: "Həkim robot deyil ki!"

15.01.2020 - 321 - Sosial

Xəbər verdiyimiz kimi, Gəncə şəhərində həkimlər xəstə 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhməmməd qızını əməliyyat edərkən bədənində qayçı unudub.


SHOWXEBER.AZ  xəbər verir ki, məsələ ilə bağlı L.Orucova ARB-yə həkimlərin başına gətirdiyi hadisəni olduğu kimi danışıb. O, bildirib ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilib. Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib. Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib. Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var. Laləzar Orucova bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimin müavini Elşad Əsgərov hadisə ilə bağlı məlumatı var:


"Ailənin dediyindən əlavə də problemləri var. Onun mədəaltı vəzisi xəstədir. Özləri də bilir. Bundan sonra xəstədə fəsadlar olsa, bu mədəaltı vəziyə görə yaranacaq. Biz üzərimizə düşən nə varsa, artıq etmişik. Bununla bağlı həkimlərə lazımi göstərişlər verilib. Bu Almaniyada, Amerikada da olan şeydir. Tək bizdə deyil. Həkim robot deyil ki! Həkim də insandır".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti