11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

“Efirdə uşaq hüquqları pozulur” - Dövlət Komitəsi Nərmin barədə

17.01.2020 - 327 - Sosial

"Əmin olduq ki, lazımsız məlumatların efirdən səslənməsi xoşagəlməz halların baş verməsinə səbəb olur"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkədə uşaq hüquqlarının pozulması barədə məlumat yayıb. 

SHOWXEBER.AZ-ın məlumatına görə, Komitə qadın və uşaqlarla bağlı baş verən hadisələrdə araşdırması davam edən, əsassız məqamları qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq, dövlətə və dövlətçiliyə qarşı əhali arasında aqressiv münasibət formalaşdırmaq, insanlardan öz məqsədləri üçün istifadə etmək, ictimai-siyasi vəziyyəti gərginləşdirmək, vətəndaşlarda dövlət orqanlarına qarşı inamsızlığın yaradılmasına xidmət edən proqramlar və verilişlər yayımlandığını bildirib.

Qeyd olunub ki,  2019-cu il noyabr ayından 2020-ci ilin yanvar ayınadək Nərmin Quliyeva  ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müxtəlif məlumatların yayılması buna misal ola bilər:

“Bu hadisə nəticəsində bir daha əmin olduq ki, lazımsız məlumatların efirdən səslənməsi xoşagəlməz halların baş verməsinə səbəb olur. Eyni zamanda, bəzi verlişlərdə milli qanunvericilik və ölkənin qoşulduğu beynəlxalq konvensiyaların müddəaları pozulur (xüsusilə də BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası).

Ailə, qadın və uşaq hüquqlarının müdafiəsini özünə əsas mövzu kimi seçən verlişlərdə aparıcılar psixoloq və ya sosial işçi kimi müraciət qaydasını, qaldırılan mövzuların vətəndaşa mənfi təsiri nəzərə alaraq məsələyə həssaslıqla yanaşmalıdı.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti