13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Bakıda məşhur marketə hücum: Bıçaqla hədələyib pul tələb etdi - FOTO

26.01.2020 - 240 - Sosial

Bakıda 42 yaşlı kişi "Bazarstore” mağazasına bıçaqla basqın edib.


Hadisə bu gün saat 18:50 radələrində, paytaxtın Suraxanı rayonu, Malik Mustafayev və Elxan Həsənov küçələrinin kəsişməsində yerləşən ünvanda qeydə alınıb.




Belə ki, 1978-ci il təvəllüdlü Tamin Məmmədov "Bazarstore” mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib. Bu zaman həmin ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşlarının çağırış üzrə hadisə yerində çevik tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb.


Daha sonra T.Məmmədov 31-ci Polis Bölməsinə təhvil verilib.


Fakt üzrə araşdırma aparılır.


Qeyd edək ki, son vaxtlar paytaxtda ərazi polis orqanlarının Post Patrul Xidməti (PPX) bölüklərinin fəaliyyəti gücləndirilib. Gün ərzində növbəli xidmət aparan naryadların çağırışlar üzrə hadisə yerinə yaxınlaşması asanlaşdırılıb. Ən müasir rabitə cihazları ilə təmin edilən naryad qruplarına peşəkar əməkdaşlar cəlb olunub. Ərazidə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatının dayanıqlı olması üçün PPX-ların işinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.
 
///Oxu.Az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti