09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Azərbaycan güləşçisi yenə dünyanın ən güclüsüdür

31.01.2020 - 262 - Sosial

Sərbəst güləşçilərin ardından qadın güləşi üzrə idmançıların reytinq sıralaması açıqlanıb.

SHOWXEBER.AZ xəbər verir ki, 15-18 yanvar tarixlərində İtaliyanın paytaxtı Romada keçirilmiş reytinq seriyalı turnirdə Azərbaycan idmançıları iştirak etməsə də, ilk "onluq”da üç güləşçimiz yer alıb.

Bunlar Mariya Stadnik, Tatyana Omelçenko və Elis Manolovadır. 50 kq-da ikiqat dünya və yeddiqat Avropa çempionumuz Stadnik yenə öz çəkisində birincidir. Ukraynalı legionerimiz 60 xala malikdir və ən yaxın rəqibi rumıniyalı Emilia Alina Vuçu altı xal qabaqlayır. Olimpiadaya vəsiqə qazanmış idmançımız, böyük ehtimalla, Tokiodakı yarışa kimi ilk "dördlük”də yer alıb, səpələnmişlər səbətində yer alacaq.

Qeyri-Olimpiya çəkisi olan 59 kq-da Tatyana Omelçenko 16 xala malikdir. IV İslam Həmrəylik Oyunlarının qalibi yeddinci yerdədir. 

Avropa çempionumuz Elis Manolova da qeyri-Olimpiya çəkisi sayılan 65 kq-da "onluğ”a düşüb. Bolqarıstanlı legionerimiz 23 xalla üçüncü yeri tutub. Həmçinin, çinli Siaoçyen Van da eyni xal toplayıb.

Xatırladaq ki, sərbəst güləşçilərin reytinq cədvəlində dörd idmançımız ilk "onluq”da yer almışdı.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti